+994 50 466 36 22 info@oygib.az

"8 MART" Şou Debat - #oygib

“8 MART” Şou Debat – #oygib

“Odlar Yurdu” Gənclər İctimai Birliyində 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Gəncə Debat Mərkəzinin təşkilatçılığı ilə “Şou Debat” keçirilmişdir. “Qadınlar əziyyətsiz nəticə əldə etməyi sevirlər” mövzusunda keçirilən şou debatda 3 xanım və 3 bəydən ibarət təcrübəli debatçılar qarşılaşmışlar. Əlamətdar gün münasibəti ilə keçirilən Debatın əsas məqsədi günə əyləncə qatmaqla, xanım debatçıları təbrik etmək və gənclərin asudə vaxtını maraqlı təşkil etmək idi.
Həmçinin 8 martda “Odlar Yurdu” GİB və GDM-nin inkişafında fəal iştirak edən Ləman Heydərova, Tamam İsmayılova, Leyla Babayeva və Türkan Bayramova Fəxri Fərmanla təltif olunmuşlar.
Xatırladaq ki, Gəncə Debat Mərkəzi Gəncə şəhərində “Odlar Yurdu” GİB-in dəstəyi ilə fəaliyyət göstərir və fəaliyyətinin 3-cü ili may ayında tamam olacaqdır.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube