+994 50 466 36 22 info@oygib.az

Şahmat Klubu- açılış 16.04.2014

Şahmat Klubu- açılış 16.04.2014

16 aprel 2014 tarixində “Odlar Yurdu” GİB-in ofisində“Şahmat klubu” klubu fəaliyyətə başlayıb.
Birliyin sədri Nigar Ələsgərova klubun fəaliyyətinin ilk günündə klub rəhbəri Faiq Şükürova uğurlar arzu edib, gənclərə iştirak etdikləri üçün təşəkkür edib. Gənclərin daha çox sayda bu kluba qoşulmağa səsləyib. Tədbirdə həmçinin Gəncə şəhər Şahmat məktəbinin qabaqcıl müəllimlərindən biri Elçin Axundovda iştirak etmiş, öz tövsiyyələrini bildirmişdir.
Sonra klub rəhbəri klubun fəaliyyətini izah edərək bildirib ki, əsas məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirtməklə yanaşı ,onlara intelektlərini inkişaf etdirməkdə yardım etməkdir. Bu məqsədlə hər həftə keçiriləcək klubda Şahmat oyunun qaydaları və oyun növləri haqda məlumatlar veriləcək, ekspertlərlə görüşlər keçiriləcəkdir.
Sonda “Şahmat klubu” açılışı münasibətilə tort kəsilib və xatirə şəkilləri çəkilib.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube