Türkiyənin Azərbaycandakı səfiri gənclərlə görüşüb.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahid Bağcı 8 oktyabr tarixində gənclər təşkilatları nümayəndələri ilə görüşüb. Görüşdə “Diplomatiya, təhsil və gənclər sahəsində ikitərəfli əməkdaşlıq və qardaşlıq nümunəsi” mövzusunda müzakirələr aparılıb. Daha sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyəti üzvlərinin cənab səfirlə ayrılıqda görüşü baş tutub. Milli Şuranın idarə heyətində təmsil olunan, birliyimizin sədri Nigar Ələsgərova da görüşdə iştirak edib. Görüş əsnasında cari mövzular istiqamətində layihə təklifləri irəli sürülüb.