+994 50 466 36 22 info@oygib.az

Üzvlərlə görüş - 08.04.2014

Üzvlərlə görüş – 08.04.2014

8 aprel “Odlar Yurdu” Gənclər İctimai Birliyinin ofisində “gələcək layihələr və idealar” müzakirəsi adı altında Birliyin üzvləri ilə görüş keçirilib. Tədbirə giriş sözü ilə başlayan Nigar Ələsgərova ilk olaraq iştirakçıları salamlayıb və daha sonra “Odlar Yurdu” GİB-in fəaliyyətindən danışıb, aprel və may ayında gənclərin inkişafı məqsədilə hazırlanmış 2 aylıq proqramı təqdim edib. Proqrama klubların həyata keçirəcəyi tədbirlər,görüşlər, təlimlər və gənclərin asudə vaxtını səmərəli təşkilini əhatə edən tarixlər daxil idi.
Görüşdə “Odlar Yurdu” GİB-in işçi heyəti iştirak edərək üzvlər üçün təşkil olunmuş proqramda yaxından iştiraka dəvət etmişlər. Onlar bildiriblər ki, “Odlar Yurdu” onların fərdi inkişafında xüsusi yer tutur və onlar Təşkilatda fəaliyyət göstərərək yeni biliklər, yeni təcrübə, yeni dostlar qazanırlar.
“İntellektual Gənclər klubu”, “Şahmat klubu”, “Perfect English club”, “Ktab klubu”, Turizm klubu” haqqında danışan sədr bildirib ki, bu kimi klubların fəaliyyətinin əsas məqsədi gənclərin intellektual səviyyələrinin yüksəldilməsi , bacarıqlarının təmənnasız şəkildə yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Daha sonra layihə və ideyalarını səsləndirməyə şərait yaradılan gənclər öz təkliflərini irəli sürüb və söhbət ətrafında geniş müzakirələr aparılıb. Tədbirdən sonra “Odlar Yurdu” GİB işçi heyyəti və dəyərli üzvləri ilə birgə “Türkiyə Universitetlərinin Təhsil Sərgisi” ndə iştirak edib və xatirə şəkilləri çəkdiriblər.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube