+994 50 466 36 22 info@oygib.az

"Odlar Yurdu-Xaricdə Təhsil Konsultasiya Mərkəzi"nin açılışı

“Odlar Yurdu-Xaricdə Təhsil Konsultasiya Mərkəzi”nin açılışı

“Odlar Yurdu” Gənclər İctimai Birliyi nəzdində yeni Mərkəzin açılışı oldu…
4 aprel 2015 tarixində “Odlar Yurdu” GİB nəzdində yeni fəaliyyətə başlayan “Odlar Yurdu-Xaricdə Təhsil Konsultasiya Mərkəzi” nin açılışı və gələcək fəaliyyətinin sərgisi keçirildi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti nümayəndəsi Samirə Həsənova, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğundan Baş konsul köməkçisi Yeganə Fərəcova, Gürcüstan Respublikasının Gəncədəki Baş Konsulluğundan vitse-konsul Qoça Qoçaşvili və Baş konsul köməkçisi Turana Hüseynova , mərkəzin əsas tərəfdaşı olan “İst ofis Azərbaycan” (East Office Azerbaijan) şirkətinin rəhbərliyi , müxtəlif təhsil mərkəzlərinin kollektivləri və 100 nəfərə yaxın gənc iştirak etmişdir. Tədbirdə xaricdə təhsil imkanları , müxtəlif proqramlar, təqaüd proqramları haqqında təqdimatlar keçirilmiş, geniş məlumatlar verilmişdir.
Birliyin sədri Nigar Ələsgərova: “bildiyimiz kimi Gəncə şəhəri 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilib. Bu qürurverici status Gəncə şəhəri və gəncləri qarşısına müxtəlif öhdəliklər qoyur. Beləki öncədən müəyyən olunmuş 5 prioritet sahə üzrə(təhsil, könüllülük, işsizlik və s) müxtəlif işlər görülməli və bu sahələrdə inkişaf əldə olunmalıdır. Prioritet seçilmiş 5 sahədən biri və birincisi təhsil, gənclərin təhsil imkanlarının genişləndirilməsidir. “Odlar Yurdu” GİB olaraq bu mərkəzi təsis etməklə bu sahəyə layiqli töhfə verəcəyimizə inanırıq. “Odlar Yurdu-Xaricdə Təhsil Konsultasiya Mərkəzi” gənclərin təhsil imkanlarını genişləndirməklə onlara xaricdə təhsil istiqamətində doğru yol göstərəcək, gənclərin müxtəlif təqaüd proqramlarından faydalanmasına, Avropa və digər ölkələrdə keçirilən təhsil proqramlarından yararlana bilmələrinə imkan yaradacaqdır. Gənclər həftənin müəyyən olunmuş günlərində mərkəzə yaxınlaşıb onları maraqlandıran bütün suallara cavab tapa biləcək, eyni zamanda bu istiqamətdə mərkəzin dəstək və köməyindən yararlana biləcəklər”.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube