+994 50 466 36 22 info@oygib.az

"ProjectMan" layihəsi uğurla yekunlaşdı.

“ProjectMan” layihəsi uğurla yekunlaşdı.

Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) dəstəyi ilə “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “ProjectMan” layihəsi uğurla yekunlaşdı.

Layihənin əsas məqsədi gənclərin layihə yazılması və idarə edilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət etmək idi.

Layihə çərçivəsində gənclər üçün 8 gün davam edən interaktiv təlim proqramı təşkil edildi. 9-16 mart tarixlərində baş tutan təlimlərdə iştirakçılar təlimçi Fəxri Məhəmmədzadənin dəstəyi ilə “Yerli və beynəlxalq standartlara uyğun formada layihələrin yazılması”, “İdarəetmə bacarığının formalaşdırılması”, “Büdcə və icra planının hazırlanması”, “Komanda işinin təşkili” və s. mövzular üzrə nəzəri bilik və praktiki bacarıqlar əldə etdilər. Bundan əlavə, təlimlər çərçivəsində gənclər araşdırma bacarığı, kommunikasiya bacarığı, donorlarla işləmə etiketləri və bir sıra digər önəmli bacarıqlara yiyələndilər. Təlimlərin son günündə gənclər öyrəndikəri yeni biliklər əsasında yazdıqları layihələri təqdim etdilər.

“ProjectMan” layihəsində 18-29 yaş aralığında 20 nəfər gənc iştirak edirdi.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube